Ekvadorun Esmeraldas şəhərinin limanında 30 nəfər silahlı balıqçılara hücum edib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "France-Presse" agentliyi məlumat yayıb.
Məlumata əsasən, atışma nəticəsində azı 9 nəfər həlak olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.