Fransa vətəndaşı bu günlərdə çox böyük sərvətə sahib olub.
Lent.az-ın xəbərinə görə, evin tikintisini başa çatdıra bilməyən Fransa vətəndaşı babasından qalan 1 ədəd sikkəni satmaq qərarına gəlib.
Qədim pul barədə heç bir məlumatı olmayan fransız onu “eBay”da hərraca çıxarıb. Çox keçmədən Almaniyanın Aahen şəhərinin muzeyi pula müştəri çıxıb.
Alqı-satqının məbləği açıqlanmasa da, Fransa vətəndaşı bu pulla tikintini başa çatdıraca biləcəyini deyib. Aahen muzeyi isə bildirib ki, pul Frank imperatoru Böyük Karla məxsusdur. 1200 il əvvəl kəsilmiş denariusun (dinar) üzərində IMP (imperator) və AVG (Avqust – Roma imperatoru – müəl.) sözləri həkk olunub.
1,9 sm diametrli sikkədən cəmi 50 ədəd buraxıldığı üçün çox yüksək qiymətləndirilir.