Belarusun Minsk vilayətində güclü külək bir qızın həyatına son qoyub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Azyaşlı qız aşmış ağacın altında qalaraq ölüb.
Faciənin Zareçye-1 kəndi yaxınlığında baş verdiyi bildirilir.
Bundan başqa daha iki nəfər yaralanıb.