Cəmil Axundov
16 mart 2022 19:07 (UTC +04:00)

Cəmil Axundov

Azərbaycanlının intiharına görə vəzifəli şəxs saxlanıldı

Moskvanın Xoroşevski məhkəməsində işləyən məhkəmə icraçısı, Cəmil Axundovun intiharının səbəbi məlum olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, intiharla bağlı C. Axundovun şöbə müdiri Yan Poçatkov saxlanılıb. Müstəntiqlər sübut ediblər ki, məhz Poçatkov Cəmil Axundovu intihar həddinə gətirib çatdırıb.

İstintaq materiallarından məlum olub ki, 2018-ci il dekabrın 3-dən 2021-ci il iyulun 9-dək o, dəfələrlə Axundova qarşı alçaldıcı hərəkətlər edib və ona psixi təsirlər göstərib. Poçatkov məhkəmə işçiləri qarşısında bir neçə dəfə Axundova fiziki güc də tətbiq edib.

Artıq Poçatkovun həbs olunması barədə təqdimat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Mehman Nəbiyev

Oxşar yazılar