Rusiyanın Leninqrad vilayətinin Roşin şəhərində 9-cu sinif şagirdi vəhşicəsinə döyülüb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 2 azərbaycanlı qardaş 16 yaşlı məktəbliyə ağır şəkildə xəsarət yetiriblər. Yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
İlkin araşdırmalara görə, məktəblinin döyülməyinə səbəb onlar arasında mübahisə olub. 18 və 20 yaşlı qardaşlar hadisədən bir gün sonra həbs olunublar.
Onu da qeyd edək ki, azərbaycanlı qardaşlar Leninqrad vilayətində ali təhsil alırlar.
Sevinc Fərid