Moskva şəhər Xamovniçeski rayon məhkəməsi 23 il budan əvvəl baş vermiş cinayət işi ilə bağlı hökm çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hökmə görə, Vitali Djur 9, Aleksey Tasnikov 12 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onların hər ikisi məşhur müğənni Abraam Russo sui-qəsdə ittiham ediliblər. Həmin vaxt müğənni sui-qəsddən sağ çıxsa da, ayağından yaralanmışdı.
Bu hadisədən sonra o, uzun müddət peşman fəaliyyətinə ara vermişdi. Sui-qəsdin təşkilatçısı isə azərbaycanlı milyarder Telman İsmayılov hesab edilir. Yuxarıda adı gedən killerlər məhz onun və qardaşının sifarişi ilə tutulmuşdu.