Azərbaycanın güneyində Üskü şəhərindən olan SEPAH zabiti Əmir Rza Fəqiri Beyrami öldürülüb.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə SEPAH quru qüvvələrinin Təbrizdə yerləşən Aşura qərargahı məlumat yayıb.
Zabitin ölkənin şimal-qərb sərhəddində öldürüldüyü və mayın 7-də Üskü şəhərində dəfn olunacağı bildirilib.
Hadisənin təfərrüatı və zabitin hansı şərayitdə öldürülməsi barədə açıqlama verilməyib.