Azərbaycanı söyən erməni məhkəmədə BELƏ ÖLDÜ - VİDEO
15 iyul 2022 17:15 (UTC +04:00)

Azərbaycanı söyən erməni məhkəmədə BELƏ ÖLDÜ - VİDEO

0

Ermənistanda ictimai fəal və prodüser Armen Qriqoryan məhkəmədə huşunu itirərək yerə yıxılıb. 

Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə zalında olanlar bloggerə ilkin tibbi yardım göstərməyə çalışsalar da, çağırışa gələn təcili yardım briqadası onun öldüyünü bildirib.

Qeyd edək ki, Armen Qriqoryan iki aya yaxındır həbsdə idi. O, “vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltmaqda” ittiham edilib.

Qeyd edək ki, bu il iyulun 13-də 57 yaşı tamam olan A.Qriqoryan dəfələrlə müxtəlif resurslarda Azərbaycan əleyhinə sərt, təhqiramiz ifadələr işlədib.

Prodüserin öldüyü anın videosunu təqdim edirik:
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4162

Oxşar yazılar