Hadisə Brüssel metrosunda qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, aztonajlı yük avtomobilinin sürücüsü naməlum səbəblərdən metro xəttinə düşərək relsin üzəri ilə hərəkətə başlayıb.
Maşının karteri əzildiyi üçün bir neçə yüz metr sonra dayanıb. Bu zaman o, qarşıdan gələn qatar üçün də risk yaradıb.
Hadisə nəticəsində metronun fəaliyyəti 3 saat dayanıb. Sürücü həbs edilib.