Dakarda avtobusa Molotov kokteyli atılıb, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, bu barədə Seneqalın daxili işlər naziri Antuan Feliks Abdulaye Diom bildirib.
"Yeddi maskalı quldur avtobusa hücum edib. Onlar axtarılır, tapılacaq və cəzalandırılacaqlar" – nazir bildirib.
Diom qeyd edib ki, avtobusu yandırmazdan əvvəl hücum edənlər sərnişinlərdən pul və digər qiymətli əşyaları alıblar.