Avtobus  uçuruma düşdü,   məktəblilər  öldü
23 mart 2022 05:37 (UTC +04:00)

Avtobus uçuruma düşdü, məktəblilər öldü

0

Kolumbiyanın şimalında məktəbliləri aparan avtobus uçuruma düşüb.

Lent.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 azyaşlı ölüb. Bu barədə çərşənbə axşamı Santander qubernatoru Maurisio Hurtado məlumat verib.

“Laguna de Ortizes - San Andres yolunda məktəb avtobusu qəza törədib. Nəticədə 6 azyaşlı ölüb. Ümumilikdə 15 nəfər xəsarət alıb”, - deyə o “Twitter” səhifəsində yazıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1965

Oxşar yazılar