Kolumbiyada avtobus uçurumdan aşıb.
Lent.az xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Kukuta şəhərindən Valledupara gedən avtobus 200 metr hündürlükdən yerə düşüb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
İlkin məlumatlara görə, avtobusda venesuellalı miqrantlar olub.