Avtobus dərəyə aşdı,  24 nəfərin meyiti   çaya səpələndi - FOTO
25 iyul 2022 03:29 (UTC +04:00)

Avtobus dərəyə aşdı, 24 nəfərin meyiti çaya səpələndi - FOTO

0

Keniyada sərnişin avtobusu idarəetmədən çıxaraq 40 metr hündürlükdən Niti çayına düşüb.

Lent.az “abcnews” saytına istinadən xəbər verir ki, dəhşətli qəzada 24 sərnişin həyatını itirib.

Meru şəhərindən Mombasa şəhərinə gedən avtobusun qəzaya uğraması nəticsəində çox sayda yaralı olduğu deyilir.

Qəzadan sonra sərnişinlərin meyiti çaya səpələnib.

Yaralılar Çoqoriya və Çuka xəstəxanalarına yerləşdirilib. Yaralıların dəqiq sayı verilməsə də avtobusda ən azı 40 nəfərin olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbə avtobusun əyləc sistemindək nasazlıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2647

Oxşar yazılar