Peruda 76 sərnişini daşıyan şəhərlərarası avtobus ölkənin paytaxtı Limaya gedərkən çaya düşüb. Hadisə şahidləri qəzanın avtobusa çırpılan yük maşını tərəfindən törədildiyini desələr də, hüquq-mühafizə orqanları hələlik bu məlumatı təsdiq etmir.
Lent.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, azı 10 nəfər ölüb, daha 25 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin bəzilərinə ən yaxın xəstəxanada tibbi yardım göstərilib. Xüsusi müalicəyə ehtiyacı olan 12 nəfər Limaya aparılıb.