Perunun cənubundakı Arekipa şəhəri yaxınlığında sərnişin avtobusu aşıb.
Lent.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Hadisə zamanı beş nəfər həlak olub.
30 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Polis hadisənin səbəblərini araşdırır.