Avropanın ən böyük limanı Rusiya ilə əlaqələrini dayandırıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Hollandiyanın Rotterdam limanından bundan sonra Rusiyaya heç bir yükdaşımaları həyata keçirilməyəcək.
Bu sanksiya gələn həftədən qüvvəyə minəcək.
Beləliklə, Rusiya kömürü, xam nefti və digər neft məhsullarının daşınmasına bununla da son qoyulur. Avropanın bir çox şirkətləri neft məhsullarını artıq digər ölkələrdən idxal edəcəklər.