Avropada rus iş adamlarına  indi də bu qadağa  qoyulur
30 mart 2022 03:54 (UTC +04:00)

Avropada rus iş adamlarına  indi də bu qadağa qoyulur

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə sanksiya tətbiq edilmiş Rusiya və Belarus vətəndaşlarına verilmiş “qızılı pasport”ları ləğv etməyə çağırıb.

Lent.az-ın “lesoir.be” saytına istinadla xəbərinə görə, Bolqarıstan, Kipr və Malta sərmayə qarşılığında vətəndaşlıq verərək hər il külli miqdarda vəsait əldə edirdi. Avropa Komissiyası bu praktikanın dayandırılmasını tələb edib. Oliqarxlar əsasən Kipr pasportu almağa maraq göstəriblər. Hazırda bu yolla neçə nəfərin Avropa vətəndaşlığı aldığı məlum deyil. Komissiya bildirib ki, adları sanksiya siyahısında olan rus iş adamlarına verilmiş Avropa pasportu ləğv edilməli və onların Şengen zonasında sərbəst hərəkəti dayandırılmalıdır. Üzv ölkələrdən “investisiya qarşılığında vətəndaşlıq” prinsipini ləğv etmək tələb olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737

Oxşar yazılar