Avropada meymunçiçəyinə yoluxma 3 dəfə artdı
02 iyul 2022 02:03 (UTC +04:00)

Avropada meymunçiçəyinə yoluxma 3 dəfə artdı

0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxanların artmasına görə Avropa ölkələrini təcili tədbir görməyə çağırıb.
Lent.az-ın “Belga” agentliyinə istinadla xəbərinə görə, qurum son 2 həftədə qitədə yoluxma sayının 3 dəfə artdığını bildirib.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluqe bildirib ki, xəstəliyin arealının genişlənməməsi üçün Avropa ölkələri yaxın aylarda səyləri gücləndirməlidir.  Xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı işə ehtiyac var. 

Qurumun statistikasına görə, Avropada 4 500 nəfərin meymunçiçəyinə yoluxmas təsdiqlənib. Dünyadakı yoluxmaların 90%-i məhz bu qitədədir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1334

Oxşar yazılar