Avropa Polis Təşkilatı indi özəl şirkətlərlə  işləyəcək
04 may 2022 23:24 (UTC +04:00)

Avropa Polis Təşkilatı indi özəl şirkətlərlə işləyəcək

0

 Avropa Parlamenti Avropa İttifaqı Şurasının Avropa Polis Təşkilatı – Avropolun səlahiyyətlərinin artırılmasına dair sənədini təsdiqləyib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, sənəddə göstərilir ki, Avropolun mütəşəkkil cinayətkarlıq və terrorla mübarizədə səlahiyyətlərinin artırılır. Bu da fundamental hüquqların və şəxsi məlumatların mühafizəsinə kömək edəcək.

Yeni normalar Avropola birbaşa olaraq özəl müəssisələrlə, xüsusən də İKT şirkətləri ilə işləməyə imkan verir. Qanunun lehinə 480, əleyhinə 143 nəfər səs verib. 20 nəfər bitərəf qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar