Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinə, baş nazir Mixail Mişustinə, Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedevə, daxili işlər naziri Vladimir Kolokoltsevə və xarici işlər naziri Sergey Lavrova sanksiya tətbiq edib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunub.
Siyahıda ümumilikdə 98 Rusiya vətəndaşının adı yer alır. Onların arasında ölkə rəhbərliyində təmsil olunanlar, deputatlar, hərbçilər və məmurlar da var.
Bununla da, Avropa İttifaqının qara siyahısında yer alan rusiyalıların sayı 670 nəfərə çatıb.
Avropa xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel bildirib ki, sanksiya tətbiq edilən şəxslərin aktivləri dondurulacaq.