Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınmasını qınadı -YENİLƏNİB
22 fevral 2022 01:19 (UTC +04:00)

Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınmasını qınadı -YENİLƏNİB

"Avropa Komissyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyir".

Lent.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyası və Aİ Şurası prezidentlərinin birgə bəyanatında bildirilib.

Aİ liderləri bildirib ki, bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.

"İttifaq bu qanunsuz əməldə əli olanlara qarşı sanksiyalarla reaksiya verəcək. İttifaq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir", birgə bəyanatda qeyd olunub.
 

***

00.30

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınması ilə bağlı qərarını qınayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Ukraynada iki ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Aİ və onun tərəfdaşları Ukrayna ilə birlik, möhkəmlik nümayiş etdirərək buna qətiyyətlə reaksiya verəcəklər", - Borrell bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Oxşar yazılar