ABŞ-da dəhşətli qətl hadisəsi olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San Dieqo əyalətində qeydə alınıb. Matthev Koleman adlı kişi 2 uşağını Meksika ilə sərhədə apararaq, qarmaqla öldürüb.
Dəhşətli hadisədən sonra o, polis tərəfindən saxlanılıb. Onun ifadəsi isə hər kəsi şoka salıb. Belə ki, ata uşaqlarının gələcəkdə ilana dönəcəklərindən qorxduğu üçün onları öldürdüyünü deyib. O, ifadə verərkən, uşaqlarında ilan geni olduğunu iddia edib.
Lakin həbsxanada Matthev Koleman dustaq yoldaşına aldadıldığını və uşaqlarında sən demə, ilan geni olmadığını deyib.
Hüquq-mühafizə orqanları bu ifadəsinə görə, onun psixi durumunu yoxlamaq üçün xəstəxanaya göndəriblər.