Aparıcı canlı yayımda huşunu itirdi - VİDEO
27 iyul 2022 00:26 (UTC +04:00)

Aparıcı canlı yayımda huşunu itirdi - VİDEO

0

Böyük Britaniyada baş nazir postu uğrunda mübarizə davam edir.

Lent.az xəbər verir ki, Böyük Britaniyada Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin baş naziri olmaq üçün yarışan iki namizəd - keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass “TalkTV”-də canlı yayımda üz-üzə gələrək müzakirələr aparıblar.

Keyit Makkanın aparıcısı olduğu teledebat zamanı Trass danışarkən qəfil dayanıb.

O, çox təəccübləndikdən sonra Makkanın olduğu yerə doğru gedib.

“TalkTV”də yayım kəsildikdən sonra verdiyi açıqlamada, Keyit Makkan efirdə huşunu itirdiyini açıqlayıb, izləyicilərdən və dinləyicilərdən üzr istəyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2367

Oxşar yazılar