Rusiyanın paytaxtı Moskvadan Antalyaya uçmağa hazırlanan təyyarədə sərnişinlər təcili çıxış qapısını açıblar.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yolçular nəfəs ala bilmədikləri üçün təşvişə düşüblər.
Təyyarənin kondisionerlərində yaranan nasazlıq səbəbindən içəridə nəfəs almaqda çətinlik yaranıb. Sərnişinlər həll yolu kimi qapını açmaqda görüblər. Ekipajların köməyi ilə təyyarədəki bütün sərnişinləri evakuasiya olunub.
Sevinc Nurəddinova