Almaniyada mənzildən iki uşağın meyiti tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Hokkenhaym şəhərində baş verib. Məlumata görə, qadın polisə müraciət edərək, 7 yaşlı oğlu və 9 yaşlı qızının meyitlərini tapdığını bildirib.
Hadisə ilə əlaqədar uşaqların anası saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda araşdırma aparır.
Uşaqların cəsədləri məhkəmə tibbi ekspertizasına göndərilib.