ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp FTB rəhbəri vəzifəsinə namizədi ilə bağlı qərar qəbul edib.
Lent.az xəbər verir ki, o büroya 44 yaşlı Kəş Patelin namizədliyini irəli sürüb.
“Kəş mükəmməl hüquqşünas, müstəntiq və karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti və Amerika xalqını müdafiə etməyə sərf edən, “Amerika hər şeydən əvvəl” ideyasına sadiq olan biridir”, - deyə Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
Patel hindistan əsillidir. O, əvvəllər Milli Təhlükəsizlik Şurasında çalışıb, Milli Kəşfiyyat Direktorunun baş müşaviri olub və Trampın ilk prezidentliyi dövründə müdafiə nazirinin baş qərargah rəisi olub.
Tramp ABŞ-ın Fransadakı səfiri vəzifəsinə Çarlz Kuşnerin namizədliyini irəli sürüb. Kuşner Trampın qızı İvankanın qayınatasıdır.