Altı yaşlı qızını ağ dəri və gözlərinə görə həkimə satan Cənubi afrikalı qadın ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ana uşaq üçün 800 funt sterlinq (təxminən 1 milyon 831 min 680 manat) alıb.
Müttəhimlər kürsüsündə üç nəfər çıxış edib: ana, rəfiqəsi və onların ortaq tanışı. Məhkəmə hər üç şəxsi adam oğurluğu və insan alverində təqsirli bilib.
İstintaqın məlumatına görə, uşaq 2024-cü ilin fevralında evi tərk edib. O vaxtdan bəri, onun harada olduğu barədə heç nə məlum deyil.
Polis uşağı axtarsa da, genişmiqyaslı axtarışlar heç bir nəticə verməyib. Araşdırma zamanı məlum olub ki, qızın anası onu həkimə satıb. Qızı "gözlərinə və dərisinə" görə almaq istəyiblər.
Hakim cəzanı yüngülləşdirən hallar aşkar etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu hərəkət qəddar və soyuqqanlı olub.
İnsan alverinə görə ömürlük həbs cəzası ilə yanaşı, hər üç şəxs adam oğurluğuna görə əlavə 10 il həbs cəzası alıb. Məhkəmə, həmçinin onların uşaqlar üçün təhlükə yaradan şəxslərin milli reyestrinə salınması barədə qərar çıxarıb.