"Ukraynaya dəstək olmaq bizim borcumuzdur".
Lent.az-ın xəbərinə görə, bunu Almaniyanın kansleri Olaf Şolts "Twitter"də bildirib.
Almaniya kansleri Ukraynaya özünümüdafiə məqsədi ilə tank əleyhinə 1000 ədəd silah və 500 "Stinger" raketi göndərəcəyini bəyan edib.
Qeyd edək ki, Almaniya digər ölkələrə də bu ölkənin istehsalı olan silahları Ukraynaya göndərməyə icazə verib.