Almaniyada qaldığı evin sahibini öldürən azərbaycanlı həbs edildi
24 iyul 2022 02:33 (UTC +04:00)

Almaniyada qaldığı evin sahibini öldürən azərbaycanlı həbs edildi

0

Almaniyada qaldığı evin sahibini öldürməkdə təqsirləndirilən azərbaycanlı Elçin Ağayev saxlanılıb.

Bu barədə Lent.az-a Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu məlumat verib.

O qeyd edib ki, 36 yaşlı azərbaycanlı 1 ay əvvəl axtarışa verilmişdi. Elçin Polşa sərhədinə yaxın bir qəsəbədə gizlənərkən SEK (Polisin xüsusi əməliyyat qrupu) tərəfindən tutulub. O, gizli yolla Polşaya keçmək istəyirmiş. 
Rəsmi ittihama görə, E.Ağayev qısqanclıq zəminində 39 yaşlı Andrey F.Rintelneri balta ilə qətlə yetirməkdə şübhəli bilinir. 

Ukrayna müharibəsi başlayandan sonra E.Ağayev, sevgilisi Olqa və iki uşağı ilə birgə Almaniyaya gəlib. Onlar Andrey F.Rintelner və Nadin Rintelner cütlüyünün evində qonaq kimi qalırlarmış.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3346

Oxşar yazılar