Almaniya Ukraynaya əlavə 4 “Gepard” özüyeriyən artilleriya qurğusu və 50 minədək döyüş sursatı verib.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Almaniya daha əvvəl Kiyevə 8 ədəd “Gepard” və çox sayda mərmi vermişdi. Hazırda Ukrayna ordusunun arsenalında 12 ədəd “Gepard” özüyeriyən artilleriya qurğusu var.