Alman nazirdən qazla bağlı maraqlı təklif
31 iyul 2022 23:33 (UTC +04:00)

Alman nazirdən qazla bağlı maraqlı təklif

0

Almaniyanın maliyyə naziri  Kristian Lindner elektrik istehsalı üçün təbii qazdan istifadəni dayandırmağı təklif edib.

Lent.az-ın xəbərinə görə, nazir “Bild am Sontag” nəşrinə bildirib ki, qaz böhranının dərinləşməməsi üçün onun elektrik stansiyalarında istifadəsi dayandırılmalıdır. Əks halda həm elektrik, həm də qaz təchizatında böhran dərinləşəcək.

Nazir qeyd edib ki, etibarlı və ekoloji cəhətdən təmiz mənbə olan AES-lərin fəaliyyət müddətim 2024-cü ilədək uzadılmalıdır. 

Qeyd edək ki, qaz təchizatındakı problemlərə görə Almaniyada daş kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinə təkrar icazə verilib. Bu stansiyalar oktyabrın 1-də işə düşəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2239

Oxşar yazılar