Alman diplomat həyat yoldaşının ölümünə görə  saxlanıldı
07 avqust 2022 05:33 (UTC +04:00)

Alman diplomat həyat yoldaşının ölümünə görə saxlanıldı

0

Braziliya polisi Almaniyanın Rio-de-Janeyro şəhərindəki konsulu Uve Herberti saxlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə ispandilli “Metropoles” nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, diplomat öz həyat yoldaşı, Belçika vətəndaşı Valter Anri Maksimilian Biotu öldürməkdə təqsirli bilinir. Meyit aşkar olunan zaman konsul polisə bildirib ki, onun ölüm səbəbi alkoqolla birgə böyük dozada yuxu dərmanı qəbul etməsidir. Lakin tibbi ekspert meyitin üzərində çoxsaylı zorakılıq əlamətləri aşkar edib.

Hadisə baş verən gün alman diplomat katibəsini evə çağırıb. Sonuncu öz ifadəsində mənzildə qan izləri gördüyünü bildirib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2427

Oxşar yazılar