Rusiyalı müğənni Alla Puqaçovanın Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı etdiyi iddia edilir.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin iddia irəli sürüb. O, hətta bununla bağlı Rusiya Baş Prokurorluğuna müraciət göndərərək, müğənninin yoxlanılmasını xahiş edib.
İsraildə yaşayan müğənninin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsi Borodini təşvişə salıb. “Sizdən xahiş edirəm, Alla Borisovna Puqaçevanın Ukrayna Silahlı Qüvvələrinə maddi yardım göstərməsini yoxlayasınız”, deyə o, məktubda yazıb.
Borodin onu da diqqətə çatdırıb ki, Puqaçov Rusiyanı tərk edən, xüsusi əməliyyatı tənqid edən və Ukrayna Silahlı Qüvvələrinə yardım göstərən digər sənətçiləri dəstəkləyir.