10 yaşlı oğlunu gəzintiyə çıxaran Nyu-York sakini Con Barlinq nahar zamanı o qədər spirtli içki qəbul edib ki, sərxoş olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Barlinq o vəziyyətdə avtomobillə ev dönməyə qərar verib.
Lakin avtomobili idarə etməyə halı olmayan ata bunun üçün oğlundan xahiş edib.
Azyaşlı məmnuniyyətlə atasının təklifini qəbul edib. Sükan arxasına keçən balaca bir qədər sonra avtomobili aşırıb. Polis hadisə yerinə gələrək hər ikisini avtomobildən çıxarıb.
Hazırda Barlinq uşağı təhlükəyə atmaqda, ağır cinayət törətməkdə və vəsiqəsi olmayan şəxsə avtomobil idarə etməyə icazə verməkdə ittiham olunur.