Kanadalı aktyor Sent von Koluççi plastik əməliyyatdan Cənubi Koreyadakı xəstəxanalardan birində öldü.
Lent.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Qeyd olunur ki, çənə implant əməliyyatından sonra aktyora infeksiya düşüb.
İmplant götürülüb, lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Von Koluççi, BTS K-pop qrupunun üzvü Pak Ciminə oxşamaq istəyib.
Bunun üçün o 12 plastik əməliyyat keçirib.