“Akıncı” üçün mühərrik tədarük edən zavodun rəhbəri həbs edildi
23 oktyabr 2022 00:32 (UTC +04:00)

“Akıncı” üçün mühərrik tədarük edən zavodun rəhbəri həbs edildi

Ukraynanın Zaporojye şəhərində yerləşən “Motor Siç” hərbi zavodunun fəxri prezidenti Vyaçeslav Boquslayev həbs edilib.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, onu Ukraynanın xüsusi xidmət orqanları saxlayıb. Boquslayev vətənə xəyanətdə ittiham edilir. 

Xatırladaq ki, “Motor Siç” Ukraynanın ən böyük hərbi müəssisələrindən olub təyyarə və helikopter mühərrikləri istehsal edir. Ötən ildən zavod Türkiyənin “Akıncı” PUA-ları üçün mühərrik tədarük edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Oxşar yazılar