Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə yaşanıb.
Lent.az xəbər verir ki, 14 yaşlı yeniyetmə binanın 15-ci mərtəbəsindən yıxılıb.
Onun ailəsi ilə mübahisə zamanı əsəbiləşərək balkona çıxdığı iddia edilir. Binadan necə düşməsi barəsində isə dəqiq məlumat yoxdur. Ağır yaralanan qız aparıldığı xəstəxanada həyatını itirib.
Polis faciəli ölümün intihar yoxsa qəza olduğu bilə bağlı genişmiqyaslı araşdırma başladıb.