Ağır qəza törədən erməni  psixiatriya xəstəxanasına yerləşdirildi
09 iyun 2022 21:01 (UTC +04:00)

Ağır qəza törədən erməni psixiatriya xəstəxanasına yerləşdirildi

0

Almaniya məhkəməsinin hökmü ilə ötən gün Berlində 1 nəfərin ölümü və 32 nəfərin xəsarət almasına səbəb olan sürücü psixiatriya xəstəxanasına yerləşdirilib.

Lent.az “Figaro”ya istinadla xəbərinə görə, məhkəmənin hökmündə bildirilir ki, erməni əsilli sürücüdə şizofrenik paranoyanın çoxsaylı əlamətləri müəyyən edilib. Axtarış zamanı onun avtomobilindən çox sayda ağır təsirli dərman tapılıb.

Qeyd edək ki, ötən gün erməni əsilli sürücü avtomobili Hessendən berlinə gələn məktəblilərin üzərinə sürüb. Hadisə nəticəsində 1 nəfərin ölüb, 32 nəfər xəsarət alıb. Qəzada xəsarət alan müəllimlərdən birinin vəziyyəti ağırdır.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1651

Oxşar yazılar