Rusiyanın Mari El Respublikasında pis hava şəraiti səbəbindən ölənlərin sayı 6-ya çatıb. Onlardan üçü uşaqdır.
Lent.az xəbər verir ki, bu barədə regionun başçısı Yuri Zaytsev teleqramda bildirib.
“Təbii fəlakət sonucunda Tair və Yalçik göllərinin ərazilərində çoxlu sayda ağaclar aşıb. İndi orada bütün fövqəladə hallar xidmətləri fəaliyyət göstərir. Yollar hazırda təmizlənib. Düşərgələrdə uşaqlar tam təhlükəsizlikdədirlər. İndiyə olan məlumata görə, bizdə 3-ü uşaq olmaqla 6 nəfər ölüb. Ümumilikdə 22 nəfər zərər çəkib”, - respublikanın başçısı diqqətə çatdırıb
***
29.07.2023
Saat 22:55
Rusiya Federasiyasınnı Mari El Respublikasının Volqa bölgəsində qasırğa olub.
Lent.az xəbər verir ki hadisə nəticəsində ikisi uşaq olmaqla üç nəfər ölüb.
Daha 3 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.
Qasırğa meşədə istirahət edənlərə ziyan vurub.
Külək ağacları çadırlarda istirahət edənlərin üzərinə aşırıb.