ABŞ-ın Texas ştatının Hyuston şəhərində şənlik mərasimində atışma olub.
Lent.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Məlumata görə, atışma ad günü şənliyində münaqişə zəminində baş verib.
Mərhum doğum günü keçirilən qadındır. O, beş aylıq hamilə olub.
Hakmiyyət orqanları iki şübhəli şəxs də daxil olmaqla üç nəfərin xəstəxanaya aparıldığını bildiriblər.
Digər zərərçəkmiş isə xəstəxanaya müraciət etməyib.
Müstəntiqlər digər şübhəlilərin aşkarlanması üzərində işləyirlər.