Kristalina Georgiyeva, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru
27 mart 2022 15:10 (UTC +04:00)

Kristalina Georgiyeva, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru

Aclıq olacaq-XƏBƏRDARLIQ

Rusiya-Ukrayna müharibəsi ərzaq problemi ilə bağlı Yaxın Şərqdə qeyri-stabilliyə yol açır.

APA-nın xəbərinə görə, bunu Doha Forumunda Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

BVF icraçı direktoru deyib ki, müharibə və Rusiyaya tətbiq edilən sanksiyaların dünya iqtisadiyyatına təsiri Yaxın Şərq ölkələrində yeni “Ərəb baharları”nı başlada bilər: “Qiymətlər bahalaşanda və öz ailələrini təmin edə bilməyəndə kasıb insanlar küçələrə çıxırlar”.

K. Georgiyeva ərzaq və enerji çatışmazlığına, onların qiymətlərinin artmasına yol verilməməsi üçün dünya ictimaiyyətini səylərini birləşdirməyə çağırıb: “Ukraynada müharibə mümkün qədər tez dayanmalıdır ki, ölkə dünya bazarına taxıl çıxara bilsin. Tanklar nə qədər tez getsə, traktorlar bir o qədər tez gələr. Bizə lazımdır ki, ərzaq qiymətlərində stabilliyi təmin etmək üçün iyulda Ukraynada məhsul olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5309

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26