ABŞ Konqresinin Senatı 880 milyard dollar məbləğində müdafiə xərclərinə dair qanun layihəsini təsdiqləyib.
Lent.az xəbər verir ki, bu barədə C-SPAN telekanlı xəbər yayaıb.
Layihədə qadın əsgərlərin dövlət tibbi sığortası hesabına abort etdirmələrinə qadağa qoyulması məsələsi də var.
Qanun layihəsi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndərilməzdən əvvəl bu və digər ziddiyyətlər uzlaşma komissiyası tərəfindən həll edilməlidir.
Müdafiə büdcəsindən Ukrayna üçün ATACMS əməliyyat-taktiki raket sistemləri üçün 80 milyon dollar, həmçinin Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində 300 milyon dollar yardım ayrılıb.
Bundan əvvəl ABŞ Senatı müdafiə büdcəsinə Kiyevə hərbi yardımı məhdudlaşdıran düzəlişi dəstəkləməmişdi.