Rusiyanın Arktikada fəaliyyətini genişləndirməsi fonunda ABŞ da öz tarixində ilk dəfə planetin bu hissəsinə səfir təyin edib.
Lent.az-ın Anadolu agentliyinə istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.
Patelin sözlərinə görə, səfir digər 7 Arktika ölkəsi ilə əlaqələri təmin edəcək.
Bir müddət əvvəl Entoni Blinken bildirib ki, Arktikada sülh və sabitlik ABŞ-ın prioritetləri sırasındadır. Səfirliyə namizəd olan şəxs yaxın günlərdə təsdiq edilmək üçün Senata təqdim ediləcək.