ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və iki sərnişin həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, təyyarə havaya qalxarkən anqara çırpılıb və alovlanıb. Yanğınsöndürənlər yanğını söndürüb və 3 nəfərin ölümü qeydə alınıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.