ABŞ-dan Ukraynaya növbəti hərbi yardım: Dağıdıcı HIMARS-lar da gəlir...
20 iyul 2022 18:45 (UTC +04:00)

ABŞ-dan Ukraynaya növbəti hərbi yardım: Dağıdıcı HIMARS-lar da gəlir...

0

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya əlavə “HIMARS” raket artilleriya sistemləri və onlar üçün sursat verməyə hazırlaşır.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini vurğulayıb:

“Bu həftənin sonunda administrasiya Ukrayna üçün növbəti silah və texnika paketini elan edəcək. Bu, prezident vəzifəyə başlayandan bəri Ukraynaya dəstək üçün on altıncı belə yardım olacaq. Paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha yüksək mobil müasir HIMARS raket sistemləri daxil olacaq”, – deyə C.Kirbi vurğulayıb.

Məlumat üçün bildirək ki, HIMARS sistemi Ukrayna Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinə yaxın, eləcə də arxa cəbhədə, komanda məntəqələrində, qərargahlarda, silah anbarlarında və kazarmalarda Rusiyanın mövqelərinə yüksək dəqiqliklə zərbələr endirmək üçün istifadə olunur, üstəlik, HIMARS Rusiya qoşunlarının maddi-texniki təchizatı və komandanlığının fəaliyyətini pozmaq üçün güclü silaha çevrilib. Ukrayna qoşunlarının Rusiya komandanlıq məntəqələrinə hücumlar üçün HIMARS-dan uğurlu və səmərəli istifadə etdiyi qeyd edilir.

Pentaqonun məlumatına görə, Ukrayna Ordusu silahların yüksək dəqiqliyi və əhəmiyyətli məhvetmə radiusundan istifadə edərək Rusiya qoşunlarına qarşı “əhəmiyyətli uğur” əldə edib.

Ukrayna Silahlı Qüvvələri HIMARS və M270-lərdən 20-dən çox iri artilleriya sursat anbarını, habelə Rusiya hərbçilərinin nəzarətində olan ərazinin dərinliklərində (cəbhə xəttindən 40-80 kilometr aralıda) olan digər obyektləri məhv etmək üçün istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2495

Oxşar yazılar