Bu axşam Amerika Birləşmiş Ştatları Ukraynaya yeni böyük hərbi dəstək paketini elan edəcək.
Lent.az-ın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, yardımın dəyəri 1,2 milyard dollardır.
Associated Press-in məlumatına görə, o, Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü tərəfindən maliyyələşdiriləcək.
Yeni silah paketinə Hawk hava hücumundan müdafiə sistemləri, zenit sursatları və hava hücumundan müdafiə pilotsuz təyyarələri daxil olacaq. Bundan əlavə, ABŞ Ukraynanı artilleriya, raketlər, peyk çəkilişləri ilə təmin edəcək və müxtəlif silahların davamlı texniki xidmətini və ehtiyat hissələrini maliyyələşdirəcək.