ABŞ-dan Rusiya rəhbərliyinə qarşı sanksiyalar - LAYİHƏ
22 yanvar 2022 09:23 (UTC +04:00)

ABŞ-dan Rusiya rəhbərliyinə qarşı sanksiyalar - LAYİHƏ

 

ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiya əleyhinə sanksiyaları nəzərdə tutan daha bir qanun layihəsi təqdim edilib.

Lent.az Konqresin yaydığı məlumata istinadən xəbər verir ki, layihəni beynəlxalq komitənin sədri, demokrat Qreqori Miks hazırlayıb.

“Komitə sədri Miks Ukraynanın suverenliyinə növbəti müdaxilə və ya zərbə endirilməsi halında Rusiya iqtisadiyyatının daha sərt cəzalandırılması və digər nəticələr haqqında qanun layihəsi təqdim edib. Layihə “Şimal axını 2”yə, dağ-mədən sənayesinə, ən azı üç maliyyə institutuna, dövlət borcuna, prezident Vladimir Putinə və ölkə rəhbərliyinin digər nümayəndələrinə qarşı sanksiyaları əhatə edir”, məlumatda bildirilib.

Həmçinin sənəddə Ukraynaya sürətləndirilmiş əsaslarla müdafiə yardımı göstərmək də təklif edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Oxşar yazılar