ABŞ-da seçkilər sakit keçməyə bilər  – Bayden
07 oktyabr 2024 15:01 (UTC +04:00)

ABŞ-da seçkilər sakit keçməyə bilər – Bayden

Bayden Trampın əvvəlki seçkilərdəki davranışına görə seçkinin dinc keçib-keçməyəcəyini bilmədiyini deyib.

ABŞ prezidenti Co Bayden Respublikaçılar Partiyasının namizədi Donald Trampın əvvəlki açıqlamalarına istinad edərək, noyabrda ABŞ-da keçiriləcək seçkilərin dinc keçəcəyinə əmin olmadığını bildirib.

“Mən əminəm ki, onlar azad və ədalətli olacaqlar. Ancaq onların dinc olub-olmayacağını bilmirəm”, - Lent.az-ın xarici mətbuata istinadən bildirdiyinə görə, Bayden Ağ evin mətbuat otağında çıxışı zamanı jurnalistlərə deyib.

 “Trampın verdiyi açıqlamalar və sonuncu dəfə seçkinin nəticəsini bəyənmədiyi zaman dedikləri çox təhlükəli idi” o, vurğulayıb.

Bayden əlavə edib ki, "onların nə edəcəyindən narahatdır". 

Prezident, Ce Di Vensın çərşənbə axşamı vitse-prezidentlik debatlarında Baydenin 2020-ci il prezident seçkilərində qalib olub-olmaması ilə bağlı sualdan yayındığı zaman söylədiyi fikirlərə işarə edib.

Bayden jurnalistlərə deyib: "Baxdım ki, Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd seçkinin nəticələrini qəbul edəcəyini deməyib. Onlar hətta son seçkinin nəticələrini belə qəbul etməyiblər".

Prokurorlar çərşənbə günü Trampa qarşı federal seçkiyə müdaxilə iddiasında yeni bir sənəd təqdim edərək, onu 2020-ci il prezident seçkilərindən sonra nəticələri ləğv etmək cəhdində şəxsi mənfəət üçün hərəkət etməkdə günahlandırıblar.

Xüsusi prokuror Cek Smit və komandası öz açıqlamalarında bu arqumentləri təqdim ediblər. Smit həmçinin Trampın 2021-ci il yanvarın 6-da Kapitoliya iğtişaşları zamanı etdiyi bəzi hərəkətlərə də işarə edib ki, Tramp seçkidə məğlub olduğunu bilsə də, yenə də hakimiyyətdə qalmağa çalışıb.

Tramp ötən həftənin çərşənbə günü axşam saatlarında “NewsNation”a müsahibəsində bəyanatı tənqid edərək, "Yeri gəlmişkən, orada yeni heç nə yoxdur, yeni heç nə yoxdur" deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar