ABŞ-da qadınlar Donald Trampın prezident seçkilərindəki qələbəsinə etiraz olaraq kişilərlə münasibətdən əl çəkəcəklərini söyləyən fleşmob başlayıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, sosial şəbəkələrdə qızların evlilik, cinsi əlaqə və hətta tanışlıq da daxil olmaqla kişilərlə heç bir əlaqəsi olmamaq istəmədikləri barədə göz yaşları ilə danışdıqları çoxlu sayda videolar yayılıb.
Buna səbəb Respublikaçılar Partiyasının siyasətinin abort qadağasını nəzərdə tutması olub.
İndi Cənubi Koreyadan olan feminist hərəkat, “Bihon” (evlilik), “Bichulsan” (doğuş), “Biyeonae” (tanışlıq) və “Bisekseu” (seks) mənasını verən "4B" Amerika sosial mediasında populyarlıq qazanır.
Qeyd edək ki, noyabrın 5-də respublikaçı Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçilib.