ABŞ-da naməlum şəxs küçənin ortasında 3 nəfəri GÜLLƏLƏDİ
19 aprel 2021 00:14 (UTC +04:00)

ABŞ-da naməlum şəxs küçənin ortasında 3 nəfəri GÜLLƏLƏDİ

ABŞ-ın Texas ştatının Ostin şəhərində naməlum şəxs iki küçənin kəsişməsində atəş açaraq 3 nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə yerli polis və təcili yardım xidməti “Twitter” səhifəsində məlumat yayıb.

Polisin verdiyi məlumata görə, hadisə məişət zəminində baş verib. Bu səbəbdən atəş açan şəxs azadlıqda olsa da, əhali üçün heç bir təhlükəsi yoxdur.

Cinayətkarın şəxsiyyəti və hadisənin motivləri barədə məlumat açıqlanmayıb. 

 

# 1077
avatar

Oxşar yazılar